Qurban hansı heyvanlardan olmalıdır?
Qurban dediyimiz zaman bir çoxumuzun ağlına qoyun gəlməkdədir. Ancaq qurban sadəcə qoyundan ibarət deyildir. Eyni zamanda keçi, quzu, inək, dana, camış və dəvə kimi heyvanlar da qurban kimi istifadə oluna bilər. Bu heyvanlardan başqa bir heyvan qurban edilə bilməz.
Qurbanlıq heyvanın yaşı neçə olmalıdır?
Qoyun və keçi kimi heyvanların qurban edilə bilməsi üçün 1 yaşını tamamlaması lazımdır. Ancaq eyni zamanda 6 ayını doldurmuş qoyun və keçi, 1 yaşını doldurmuşlar kimi dolğun görsənərsə, bu halda qurban edilə bilərlər. Dana kimi heyvanlar 2 yaşını, dəvə isə 5 yaşını doldurduqdan sonra qurban edilə bilər.
Qoyun və keçini yalnız 1 nəfər, ancaq dana və dəvəni isə 7 nəfərə qədər insan qurban edə bilər. Burdakı 7 nəfər də müslüman olmalı və ət yemək üçün deyil, Allah yolunda qurban kəsmək niyyətilə bir araya gəlməlidirlər. Birisi müslüman olmasa və ya ət yemək niyyətilə 7 nəfərin içərisinə daxil olarsa, heç birinin qurbanı qəbul edilməz.
Bakı, Azərbaycan, Memar Əcəmi m/s, Cavadaxan küçəsi 3005