Təcrübəmizə inanın
Qurban.az layihəsi, 2015 ci ildən etibarən fəaliyyət göstərməkdədir. Şirkət sahibi Siyavuş Fətəliyev, uzun illərdir restoran sektorunda olduğu üçün və eyni zamanda ətrafında olan insaların çoxlu tələbini nəzərə alaraq bu layihəni reallaşdırma qərarına gəlib. İlk satışlarını da fərdi olaraq ətrafındakı insanlara edən Siyavuş Fətəliyev, bugün yaratdığı qurban.az layihəsi və peşəkar komandası ilə bir çox insana xidmət göstərməkdədir.
İnsanların mənəvi ehtiyacını qarşılamaq üçün yola çıxan qurban.az layihəsi, bugün ölkədə halal kəsimin və keyfiyyətli ətin önəmli yerlərindən biri halına gəlmişdir. İnsanlar qurban.az saytı vasitəsilə qurban sifarişlərini onlayn olaraq rahat bir şəkildə verə bilirlər. Eyni zamanda qurban.az saytından sifariş verəcək şəxslər qurbanın öz ünvanlarına çatdırılması, qurbanın kəsilməsi, doğranması, paketlənməsi kimi xidmətləri də istədikləri halda ala bilərlər.
Şirkətin Hacıqabul rayonunda var olan fermasında 2011-ci ildən etibarən qurulmuş qoyunçuluq təsərrüfatı həyata keçirilir. Təsərrüfatda 2012-ci ildən ətlik və damızlıq qoyunçuluqla məşğul olunur.
Vizyon və missiya
Qurban.az layihəsi olaraq bizim əsas vizyonumuz, peşəkar komanda ilə 1 ildən sonra Azərbaycanın digər bölgələrində də fəaliyyət göstərmək, 3 ildən sonra Azərbaycan qurban bazarında lider statusunda olmaq və ölkə daxilində qurban deyilən zaman əksəriyyətin tanıdığı bir quruma dönüşməkdir.
Missiya
- Təmsil etdiyi kateqoriyadan aslı olmayaraq bütün müştərilərimizə eyni keyfiyyətdə xidmət göstərmək;
- Təklif etdiyimiz məhsulların keyfiyyətini, səmərəliliyini və əlçatanlığını maksimum dərəcədə artırmaq;
- Müştəri potensialı yüksək, məhsullarından və xidmətlərindən 100% məmunun qalınan, mümkün olduğu qədər çox müştəriyə xidmət göstərə bilən bir qurum yaratmaq;
- İnsanların mənəvi ehtiyacını qarşılamasında bilavasitə iştirak etmək.
Nə üçün biz?
Onlayn olaraq sifariş verə bilmə imkanı
Müasir dövrdə insanlar qurban satın alarkən qurban satışı yerlərində və ya qəssəbxanaların qarşısında gözləməyi çox sevmirlər. İşlərin çox olması və vaxt məhdudiyyəti kimi səbəblər insanları fərqli alternativlər axtarmağa məcbur edir. Bütün bunları nəzərə alaraq yaradılmış qurban.az layihəsi insanların bu problemini kökündən həll edəcək. Qurban satın almaq istəyən şəxslər bizim sayta daxil olaraq rahat şəkildə qurban sifarişlərini verə bilərlər.
Peşəkar komandaya sahib olmaq
Bizimlə çalışan hərkəs işini bilən, peşəkar şəxslərdir. Hansı növ heyvanın, hansı fəsildə nə ilə bəsləndiklərini çox yaxşı bilirlər. Bütün heyvanlarımızı təbii yemlərlə bəsləyirik. Eyni zamanda heyvanların daim sağlam olması üçün vaxtaşırı müayinəsini də həyata keçirdirik. Təsərrüfatımızda təqdim etdiyimiz profilaktik tibb xidməti çərçivəsində heyvanların profilaktik peyvənd və parazit nəzarəti gigiyena qaydalarına uyğun bir şəkildə aparılır.
Halal kəsim olması
Hər müsəlmanın hər zaman halal və təmiz ət yeməsi və satın alarkən də, qurban kəsərkən də bütün bunlara diqqət göstərməsi dini bir vacibiyyatdır. Müsəlmanlar üçün halal olan heyvanları hər kəs bilməkdədir. Qoyun, qoç, quzu, dana, dəvə və s. Ancaq bu heyvanların da halal olması üçün çox önəmli bir şərt vardır ki, İslami kəsim qaydalarına uyğun bir şəkildə həyata keçirilmiş olmasıdır. Halallıq bizim üçün hər şeydən öncə gəldiyi üçün qurbanların kəsimi 100% halal bir şəkildə həyata keçirilir.
Seçim şansının çox olması
İnsanlar istədikləri qurbanı satın ala bilmək üçün qurban yarmarkalarında müxtəlif çeşidlər arasında seçim etməyə çalışırlar. Bu da onların müəyyən zamanını alır. Artıq heç bir yerə getmədən qurbanınızı satın ala bilərsiniz. Saytımızda müxtəlif çeşiddə və müxtəlif çəkidə bir çox qurban satışı həyata keçirilməkdədir. İstəyinizə uyğun qurban sifarişini saytımızdan əldə edə bilərsiniz.
Çatdırılma xidmətinin olması
Bəzi insanlar qurbanlarını öz həyətlərində kəsdirmək istəyirlər. İnsanların bu istəklərini reallaşdırmaq üçün şirkətimiz tərəfindən çatdırılma xidməti göstərilməkdədir. Eyni zamanda şirkətimizdə qəssab xidməti də mövcuddur. Siz sadəcə saytımıza daxil olaraq istədiyiniz məhsulu seçib, adresinizi yazmağınız kifayətdir. Sifarişinizi qapınıza kimi gətirərək, kəsimini həyata keçirdirik.
Doğrama, paketləmə xidmətlərinin olması
Qurban kəsildikdən sonra ilk iş, onun dərisini bədənindən üzmək olacaqdır. Təmizlənmə prosesi heyvanın arxa ayaqlarından yüksək bir yerə asılması ilə başlayır. Ətin çirklənməməsi üçün qarın kəsilir və safra hissəsi bağlanır. Sonra onun qarın və bağırsaqları çıxarılır. Ən sonda isə qurban əti doğranaraq parçalara ayrılır. Bütün bu proses ustalıq və zəhmət tələb edən bir işdir. İstəyən şəxslər üçün qurbanın kəsimi, doğranması və paketlənməsi kimi xidmətlər şirkətimiz tərəfindən göstərilməkdədir.
Xeyriyyə xidmətinin göstərilməsi
Qurban, cəmiyyətdə qardaşlıq, həmrəylik və yardımlaşma ruhunu canlı saxlayır, sosial ədalətin həyata keçirilməsinə öz töhfəsini verir. Xüsusilə yoxsulların ət ala bilmədiyi və ya çox məhdud olduğu mühitlərdə bu rolu daha qabarıq görmək mümkündür. Qurban.az ailəsi olaraq biz də bu rolu çox yaxşı başa düşür və yoxsul olan ailələrə daha çox kömək edə bilmək üçün xeyirxah insanlarla ehtiyacı olan insanlar arasında bir körpü vəzifəsi rolu oynayırıq.