Qurban alarkən nələrə diqqət göstərmək lazımdır?
Qurban ibadətini yerinə yetirmək istəyən şəxslər, qurbanlıq satın alarkən bəzi nüanslara diqqət göstərməlidirlər. Qurban olacaq heyvan özündə müəyyən xüsusiyyətləri daşımalıdır. Bu xüsusiyyətlərə sahib olmayan heyvanlar isə həm dini baxımdan, həm də sağlamlıq baxımından uyğun görülmür.
Qurban ediləcək heyvanın sağlıqlı orqanlarının dolğun və qidalandırıcı olması həm ibadət, həm də sağlıq baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəblə şikəst dərəcəsində xəstə, zəif, bir və ya iki gözü kor, buynuzlarından birinin və ya ikisinin kökündən qırıq olan, dili, qulaqları, quyrğu və döşləri yarı kəsik olan, dişlərindən hamısının və ya çoxunun tökülmüş olan heyvanlardan qurban olmaz.
Ancaq heycanın anadangəlmə buynuzsuz olması, kiçik dərəcədə şikəst olması, bir qulağının deşik və ya yırtığ olması, döşlərindən yarıdan azının olmaması heycanın qurban edilməsinə maneə törətmir. Bunun yanında kəsiləcəyi yerə gedə bilməyəcək dərəcədə şikəst olan heyvanlar da qurban edilməz.
Bakı, Azərbaycan, Memar Əcəmi m/s, Cavadaxan küçəsi 3005