Qiyməti: 1kq - 5 AZN
Bütün müsəlmən dünyasında qurban dediyimiz zaman daha çox ağıla qoyun gəlməkdədir. Qoyunun az yem tələb etməsi, artımlı və məhsuldar olması, həm ətindən, həm südündən, həm də yunundan faydalanma imkanının olması bir çox xalqın qoyunçuluq təsərrüfatına böyük önəm verməsində önəmli rol oynamışdır.
Xalq arasında qoyunun yaşlarına görə adları vardır. Yeni doğulana əmlik, 6 ayına qədər quzu, 2 ilinə qədər toğlu, 3 ilinə qədər şişək (dişisi), 3 ildən sonra isə erkəyi qoç, dişisi qoyun adlanır.
Qoyun ətində ən ləzzətli ət 1-3 yaş arasında olan qoyunlardan əldə edilməkdədir. Qoyun ətindən daha çox dad və ləzzət almaq üçün kəsim zamanına da diqqət göstərmək lazımdır. Ümumi olaraq payız və qış aylarında kəsilən qoyunların əti daha ləzzətli olmaqdadır.
Qoyun əti dana ətindən daha yüksək enerji dəyərinə malikdir. Qoyun əti tərkibində olan yağ faizinə görə enerji dəyərini artırır və orta hesabla 100 qram qoyun ətində 250 kalori vardır.
Qoyun ətindən heç bir qoxu gəlməməsi üçün qoyunun yediyi yem böyük önəm daşıyır. Qoyunun yediyi otun dadı və qoxusu həm ətlərinin, həm də südlərinin qoxusunu dəyişməkdədir. Bu səbəblə qoyunu doğru adresdən almaq önəmlidir.
Bizdən alınan məhsulların ləzzətinə və keyfiyyətinə əmin ola bilərsiniz.
Qurbanların kəsimini İslami qaydalara uyğun şəkildə həyata keçirdirik
Məhsulların keyfiyyəti amilinə hər zaman xüsusi diqqət göstəririk
Göstərdiyimiz xidmətlər qarşısında ən münasib qiymətləri təklif edirik
Heyvanlardan təbii və sağlam məhsullar əldə etmək istəyiriksə, fermalarda böyüdülən heyvanların qayğısına xüsusi diqqət yetirməliyik. Bir heyvan nə qədər yaxşı və sağlam mühitdə yetişirsə, o qədər keyfiyyətli və məhsuldar olur. Fermalarda olan hər bir heyvan təbii mühitə uyğun bir şəkildə yetişdirilməli və sərbəst gəzə bilmə sahələrinin olmasına diqqət göstərilməlidir. Hacıqabulda yerləşən fermamızda biz bütün bunları diqqə göstərməyə və ölkədəki ən keyfiyyətli və orqanik heyvanları yetişdirməyə çalışırıq. Ancaq təbii yemlərdən istifadə edirik və heyvanlarımızın vaxtaşırı müayinəsini həyata keçirdirik.
Bəşəriyyətin ilk anından bugünə qədər heyvandarlıq məhsulları həmişə insanlar üçün ən önəmli qida mənbələrindən biri olmuşdur və bu həmişə də belə davam edəcəkdir. Bu faktor insanları dəyişən və inkişaf edən dünyada daha sağlam heyvan istehsalı şərtlərinə yönəltməsində mühüm rol oynamışdır. Bəşəriyyətin ilk zamanların ovçuluqla həyata keçirilən heyvandarlıq, bugün yerini ferma mühitində yetişdirilən heyvandarlığa buraxmışdır. Heyvandarlıqda sərbəst hərəkət edən heyvan təbii, sağlam və ləzzətli məhsul verir. Bütün bunlara diqqət göstərən şirkətimiz, bütün təsərrüfatı heyvanların təbii həyatına uyğunlaşdırmışdır.
Qurban.az şirkəti tərəfindən yetişdirilən hər çeşid heyvanın doğru bir şəkildə qidalanması bizim üçün çox önəmlidir. Təbii yemlərlə sağlam şəkildə heyvanların qidalanması təmin etmək şirkətin əsas prinsiplərindən biridir. Heyvan yetişdirmədə heyvan yemi olaraq istifadə olunan hər məhsulun həm heyvanların sağlamlığı, həm də heyvanlardan əldə ediləcək məhsulların təbbi və keyfiyyətli olmasında böyük rol oynadığı üçün önəm veririk. Yetişdirdiyi heyvanların yemlərini özü istehsal edən fermamız, yemlərin təbbi olmasına hər zaman xüsusi diqqət göstərmişdir.
Orqanik həyatın və sağlam qidalanmanın olduqca önəmli olduğu günümüz həyat tərzində təbii qidalanmaq ilə əlaqəli araşdırmalar etmək və təbii məhsullarla qidalanmaq, demək olar ki, bütün ailələrin diqqət etdiyi bir vəziyyətdir. Orqanik həyatın önəmli olması ilə birlikdə təbii fermalara və təbii şəkildə heyvan yetişdirən şirkətlərə ehtiyac artmışdır. Sağlam və təbii qidalanma şirkətimiz üçün əsas dəyərlərdən biridir. Heyvan yetişdirmə çox çətin bir prosesdir və fermaların ən önəmli fəaliyyət növüdür. Qurban.az standartlara uyğun bir şəkildə heyvan yetişdirməyə olduqca önəm verən bir şirkətdir.
Heyvanların yetişirilməsi və qidalanması bizim üçün önəmli olduğundan bütün bunlara xüsusi diqqət göstəririk. Heyvanların yetişdirilməsindəki bütün mərhələlər Avropa standartlarına uyğun bir şəkildə həyata keçirdilir. Sahib olduğumuz peşəkar komanda ilə ölkədəki ən keyfiyyətli məhsulları yetişdirməyə çalışırıq. Heyvanların yemlərini özümüz hazırlayırıq və 100% təbii olmasına önəm veririk. Məhsullarımızın keyfiyyəti, orqanikliyi və ləzzəti də burdan irəli gəlməkdədir.
Bakı, Azərbaycan, Memar Əcəmi m/s, Cavadaxan küçəsi 3005