Kimlər qurban kəsməlidir?
Qurban, dinimizdə imkanı olan Müsəlmanlar üçün vacib olan ibadətlər arasında yer almaqdadır. “Qurban” kəlməsinin lügəti mənası “Allaha yaxınlıq etmək üçün vəsilə olan” deməkdir. Dini termin olaraq isə qurban “ ibadət məqsədi ilə müəyyən bir vaxtda müəyyən şərtləri olan heyvanı qaydalara görə kəsmək və ya bu şəkildə kəsilən heyvan” deməkdir.
Qurban kəsən şəxsdə də dört şərt olmalıdır:
1.Müsəlman olmaq: Qurban kəsmək istəyən hər bir kimsənin islamın digər ibadətlərində olduğu kimi müsəlman olması lazımdır. Qeyri müsəlmanların qurban kəsməsi vacib deyil.
2.Ağıllı və həddi buluğ yaşında olmaq: Ağıl xəstəsi və uşaqların dini və hüquqi cavabdehliyi olmadığı üçün qurban kəsmələri vacib deyil.
3.Səfərdə olmamaq: Səfərdə olan müsəlman qurban kəsmək məcburiyyətində deyil. Amma istərsə, maddi vəziyyəti buna imkan verirsə kəsə bilər.
4.Müəyyən miqdar bir mala sahib olmaq: Müsəlman borcları və ehtiyaclarından başqa 20 misqal(85 qr) qızıla və ya buna bərabər olan pula və ya mala sahib olarsa, dinimizə görə zəngin sayılır. Bu miqdar mala sahib olan müsəlman qurban kəsməlidir.
Bakı, Azərbaycan, Memar Əcəmi m/s, Cavadaxan küçəsi 3005