Başqa hansı qurban növləri var?
Qurban bayramında kəsilən qurbanlardan başqa yenə də ibadət niyyəti ilə kəsilən başqa qurban növləri də vardır. Bunlardan biri nəzir qurbanıdır. Nəzir qurbanını kəsən kimsə və onun ailə üzvləri qurbanlıq ətdən yeyə bilməz. Əgər yesələr bu halda yedikləri ətin miqdarına uyğun olan pulu sədəqə olaraq verməlidirlər.
Uşagın doğulması səbəbi ilə Allaha şükür nişanəsi olaraq kəsilən qurbana əqiqə qurbanı deyilir. Əqiqə yeni doğulan uşağın başındakı sacın adıdır. Bu qurbanı uşağın doğulduğu gündən buluğ yaşına qədər kəsilə bilər. Amma doğumun yeddici günü kəsilməsi müstəhəbdır. Həmin gündə uşağa ad verilməsi və saçından kəsilərək ağırlığı qədərində gümüş və ya qızılın qiymətində sədəqə verilməsi tövsiyyə edilmişdir. Kəsilən qurban ətindən qurban sahibi, ailə üzvləri, yaxın dostları da yeyə bilər. Hz. Mühəmməd nəvəri Hz. Həsən və Huseyn üçün əqiqə qurbanı kəsmiş və yeni doğulan istər oğlan istərsə də qız olsun hər bir uşağ üçün əqiqə qurbanı kəsməyə tövsiyyə etmişdir.
Bundan başqa həcc zamanı zəvvarların bəzi qaydalara riayət etmədikləri halda cəza və kəfarət olaraq kəsilən qurbanlar da vardır.
Qurban üçün əlverişli olan şərtlər və hər bir heyvan nəzir, əqiqə qurbanı və cəza qurbanları üçün də əlverişlidir.
Bakı, Azərbaycan, Memar Əcəmi m/s, Cavadaxan küçəsi 3005