Xidmətlərimiz

İnsanların rahat bir şəkildə qurban sifarişi verə bilmələri üçün hər daim daha yaxşı bir şəkildə xidmət verməyi hədəfləyirik. Verdiyimiz xidmətlər ilə 100% müştəri məmnuniyyəti yaratmaq bizim əsas dəyərlərimizdən biridir. Bu istiqamətdə fəal yanaşmalar vasitəsilə mümkün problemlər üçün ehtiyyat tədbirlər alır və müştərilərimizin ehtiyaclarına dəyər qatacaq həll yolları tapmaq üçün hər daim öz üzərimizdə çalışırıq.

Xeyriyyə xidməti


İslam dininin ən gözəl tərəflərindən biri insanların bir-biri ilə yardımlaşması və əllərində olanı paylaşmasıdır. Hər cəmiyyətdə başqalarının yardımına ehtiyacı olan müəyyən şəxslər vardır. Bu vəziyyətdə olan insanların sayını ən aza endirmək dinimizin tələb etdiyi qanunlardan biridir. Peyğəmbərimiz verən əlin alan əldən daha üstün olduğunu söyləmişdir. Zəkat, sədəqə, fitrə, qurban kimi ibadətlər Quranda və Peyğəmbərimizin hədislərində bir çox müjdə ilə tövsiyə edilmişdir.

Şirkətimiz tərəfindən hər il xeyriyyə xidmətləri təşkil olunmaqdadır. Əgər sizin vaxtınız yoxdursa və ehtiyacı olan ailələrə qurban əti paylamaq istəyirsinizsə biz bunu sizin adınızdan edirik. Sizin adınızdan qurbanı kəsib, ehtiyacı olan şəxslərə paylayırıq.

Xüsusi sifarişlərin çatdırılması


İslam şəriətinə görə, dəvə də qurban kəsilmək üçün buyurulan heyvanlardan sayılır. Bu nəhəng heyvan ölkəmizdə az olduğuna görə, vətəndaşlarımız əsasən qoyun və inək qurban kəsir. İmkan olduğu halda qoyun və keçini şərikli qurban kəsmək olmaz. Amma inək və dəvə qurbanlarında 7 nəfərə qədər adam şərik ola bilər. Dəvənin qurban ola bilməsi üçün 5 yaşında böyük olması, hər hansı bir qüsurunun olmaması və sağlam olması önəmlidir. Dəvənin diri çəkidə qiyməti 1700-2000 manat arasında dəyişir və böyüklüyündən aslı olaraq 250 ilə 600 kq arasında ət verir.

Şirkətimiz tərəfdən dəvə əti kimi xüsusi sifarişlərin çatdırılması da həyata keçirilməkdədir. Dəvə əti almaq istəyən şəxslər, sifarişlərini 2 həftə öncədən vermələri lazımdır.

Çatdırılma xidməti


Müştərilərimiz üçün yaratdığımız üstünlüklərdən biri də çatdırılma xidmətinin olmasıdır. Bütün növ heyvanların həm diri, həm də kəsilmiş formada çatdırılmasını həyata keçirdirik. Məhsul almaq istəyən şəxslər sadəcə saytımıza daxilib olub istədikləri heyvanı və hansı xidmətləri istədiklərini seçib, rahat bir şəkildə sifarişlərini verə bilərlər. Eyni zamanda istəyən şəxslər üçün qəssab xidmətini də göstəririk. Əgər siz qurbanınızı öz həyətinizdə kəsdirmək istəyirsənizsə, bunu şirkətimizin qəssabları ilə 100% halal bir şəkildə həyata keçirdə bilərsiniz.