Qurbanlıq heyvanın əti necə bölüşdürülməlidir?

Qurbanı kəsdirən kimsə ətin bir hissəsini yeyib və yedizdirə bildiyi kimi digər hissini də paylaya bilər. Bu haqda islam alimlərinin belə bir tövsiyəsi vardır: qurbanlıq ət üç yerə bölünməli, bir hissəsi qurban sahibinə və onun baxmaqla cavabdeh olduğu kimsələrə, ikinci hissəsi dost və qohumlara, üçüncü hissəsi isə qurban kəsməyən kasıblara paylanmalıdır. Amma əgər qurban sahibinin ailə üzvlərinin sayı çoxdurdursa ətin hamısı paylanmadan ailədə qala bilər. Qurbanlıq ətin dəqiq olaraq paylanmasının bir ölçüsü olmadığı üçün qurban sahibi imkan və vəziyyətini nəzərə alaraq ibadət düşüncəsi ilə hərəkət etməlidir. 
Qurban Allah rızasını qazanmaq üçün kəsildiyindən qurbanın ətinin və ya digər parçalarının satılması caiz deyildir. Əgər qurban qəssabda kəsilmişsə, qəssabın pulu nə qurbanın əti, nə də dərisi ilə ödənilməz. Qurbanlıq heyvanı kəsmədən əvvəl sütündən və yunundan istifadə etmək tövsiyyə edilmir. Əgər istifadə edilmişsə, onun yerinə miqdarının dəyəri qədər sədəqə verilməlidir. Qurbanlıq qoyun və ya keçinin yunu kəsildikdən sonra qırxılıb evdə istifadə edilə bilər, lakin yunun satılması qadağandır. 
Qurban əti kəsildiyi məkandan uzaqlarda, daha çox ehtiyac sahibləri olan yerlərdə paylanmaq üçün də göndərilə bilər. 
Heyvanların kəsilmə işləri qurtardıqdan sonra ətraf təmizlənməli, atılan parçalar dərin bir quyu qazılaraq basdırılmalıdır.